...

“Arsenal”ın futbolçuları karantinə alındı

İdman Materials 11 Mart 2020 13:08 (UTC +04:00)
İngiltərənin “Arsenal” futbol klubunun bir neçə oyunçusu iki həftəlik karantinə alınıb
“Arsenal”ın futbolçuları karantinə alındı

Bakı. Trend:

İngiltərənin “Arsenal” futbol klubunun bir neçə oyunçusu iki həftəlik karantinə alınıb.

Trend-in məlumatına görə, buna futbolçuların fevralın 27-də “Olimpiakos”la (Yunanıstan) matçdan sonra koronavirusa yoluxmuş klubun prezidenti Evangelos Marinakislə ünsiyyət qurmaları səbəb olub.

Bundan başqa, “Arsenal”ın bir neçə əməkdaşı da karantinə alınıb.

Bununla əlaqədar olaraq, “Arsenal”ın ötən gün oynanmalı olan “Mançester Siti” ilə matçı təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti