Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" futbol klubu braziliyalı müdafiəçi Tiaqo Silva ilə müqaviləni yeniləməyəcək.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə bu barədə "L'Equipe" nəşri xəbər verib.
PSG-nin idman direktoru Leonardo 35 yaşlı braziliyalı ilə telefon görüşündə klubun bu il iyulun 30-da başa çatacaq müqaviləni yeniləməmək qərarı barədə danışıb. Daha əvvəl bildirilib ki, T.Silva klubda qalmaq istəyir və daha az maaş almağa hazırdır.
Tiaqo Silva PSJ-nin kapitanıdır və 2012-ci ildən bu klub uğrunda oynayır. Bu dövrdə futbolçu altıqat Fransa çempionu, dördqat Kubok və altıqat ölkə Superkuboku sahibi adını qazanıb.