...

"Napoli" İtaliya Kubokunun finalına yüksəlib

İdman Materials 14 İyun 2020 02:53 (UTC +04:00)
"Napoli" İtaliya Kubokunun finalına yüksəlib

Bakı. Trend:

"Napoli" futbol klubu İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab matçında "İnter"i qəbul edib.

Trend-in məlumatına görə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda qolları Kristian Eriksen (2-ci dəqiqə) və Dris Mertens (41-ci dəqiqə) vurublar.

Xatırladaq ki, yarımfinalın ilk qarşılaşmasında "Napoli" səfərdə "İnter" üzərində 1:0 hesablı qələbəq azanmışdı.

Beləliklə, "Napoli" klubu İtaliya Kubokunun finalına yüksəlib. Finalda "Napoli" "Yuventus" ilə qarşılaşacaq. Oyun iyunun 17-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti