...

"Sevilya" ilə "Levante" heç-heçə oynayıblar

İdman Materials 16 İyun 2020 00:39 (UTC +04:00)
"Sevilya" ilə "Levante" heç-heçə oynayıblar

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 29-cu turunda "Sevilya" ilə "Levante"oyunu 161 hesabı ilə bitiriblər.

Trend-in məalumatına görə, oyun Valensiyanın "Syudad de Valensiya" stadionunda keçirilib.

“Sevilya” tərəfindən qolu Lyuk de Yonq 46-cı dəqiqədə vurub. Niderlandlı forvard İspaniya çempionatının cari mövsümündə oyunun ikinci hissəsində ən tez hesabı açan kimi (26-cı saniyə) fərqlənə bilib. "Sevilya"nın qapısından isə avtoqolu komandanın braziliyalı müdafiəçisi Dieqo Karlos keçirib (87-ci dəqiqə).

Turnir cədvəlində "Sevilya" 29 oyundan topladığı 51 xalla 3-cü yerdədir, "Levante" isə 29 oyunda 35 xalla 12-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti