...

"Şaxtyor" futbol klubu 13 qat Ukrayna çempionu oldu

İdman Materials 21 İyun 2020 07:10 (UTC +04:00)

Bakı.Trend:

Ukraynanın Donetsk şəhərini təmsil edən "Şaxtyor" futbol klubu ölkə çempionatının 27-ci turunun ev oyununda "Aleksandriya"nı 3:2 hesabı ilə məğlub edərək turnirdə qələbəni təmin edib.

Trend-in məlumatına görə, Kiyevdə baş tutan matçda qolları Tayson (13-cü dəqiqədə, penaltidən), Tete (60, 78) vurub, qolları qonaqlar tərəfindən Yevgeni Banada (48), Maksim Tretyakov (51, penaltidən) vurublar.

Qələbə sayəsində "Şaxtyor" komandası "Dinamo Kiyev"i 19 xal qabaqlayıb.

Beləliklə, Donetsk klubu 13-cü dəfə və ardıcıl dördüncü dəfə Ukrayna çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti