Bakı. Trend:
İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Mançester Siti" "Börnli"ni qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yükunlaşıb.
Oyunda qolları Fil Foden (22-ci və 63-cü dəqiqələr), Riyad Mahrez (43-cü və 45-ci dəqiqə) və David Silva vurublar.
Qeyd edək ki, "Mançester Siti" 30 oyundan sonra 63 xalla turnir cədvəlində 2-ci yerdə, "Börnli" isə 39 xalla 11-ci yerdə qərarlaşıb.