...

Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi

İdman Materials 15 Avqust 2020 00:57 (UTC +04:00)
Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona" klubları üz-üzə gəlib.

Trend-in məlumatına görə, görüş Almaniya təmsilçisinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya"nın heyətində Tomas Müller (2), İvan Perişiç, Serj Qnabri, Coşua Kimix, Robert Levandovski və Felipe Koutinyo (2), "Barselona"dan isə Luis Suares və David Alaba (avtoqol) fərqləniblər.

Beləliklə, "Bavariya" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti