Bakı. Trend:
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları keçirilib.
Trend-in məlumatına görə, Azərbaycanın "Keşlə" klubu Albaniya "Laçi" klubunu qəbul edib. Oyunun əsas və əlavə vaxtı qolsuz başa çatıb.
Penalti seriyasında daha dəqiq "Laçi" komandası olub - 4:5. "Keşlə"dən penaltini yalnız İlkin Qırtımov dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, "Keşlə" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.