...

Futbol üzrə İtaliya çempionatında "Yuventus" "Fiorentina"ya məğlub oldu

İdman Materials 23 Dekabr 2020 03:18 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatında "Yuventus" "Fiorentina"ya məğlub oldu

Bakı. Trend:

"Yuventus" İtaliya futbol çempionatının 14-cü turu matçında öz meydançasında "Fiorentina"ya 0:3 hesabı ilə məğlub oldu.

Trend-in məlumatına görə, qolları Duşan Vlahoviç (3-cü dəqiqə), Martin Kaseres (81) və "Yuventus"un müdafiəçisi Aleks Sandro (76, avtoqol) vurublar.

"Yuventus" 13 matçda 24 xalla turnir cədvəlində dördüncü, "Fiorentina" isə 14 oyunda 14 xalla 15-ci yerdə qərarlaşıb.

Növbəti turda “Yuventus” yanvarın 3-də “Udineze”ni qəbul edəcək, “Fiorentina” həmin gün evdə “Bolonya”ya qarşı oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti