...

“Airthings Masters”: Teymur Rəcəbov finala vəsiqə qazanıb

İdman Materials 2 Yanvar 2021 00:04 (UTC +04:00)
“Airthings Masters”: Teymur Rəcəbov finala vəsiqə qazanıb

Bakı. Trend:

“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Trend xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

Qeyd edək ki, şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi.

Xatırladaq ki, T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə etmişdi.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti