...

"Barselona" səfərdə qələbə qazanıb, Messi 500-cü oyuna çıxıb

İdman Materials 4 Yanvar 2021 06:04 (UTC +04:00)
"Barselona" səfərdə qələbə qazanıb,  Messi 500-cü oyuna çıxıb

Bakı. Trend:

"Barselona" komandası İspaniya Futbol Çempionatının 17-ci turunda səfərdə "Ueska"nı məğlub etdi.

Trend-in məlumatına görə, görüş 1:0 hesabı ilə başa çatıb. Qolu 27-ci dəqiqədə Frenki de Yonq vurub.

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi üçün bu matç klubun heyətində İspaniya çempionatlarında 500-cü oldu, matçda L.Messi məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti