...

Atletlərimiz Avropa çempionatında iştirak edəcək

İdman Materials 29 Mart 2021 16:38 (UTC +04:00)
Atletlərimiz Avropa çempionatında iştirak edəcək

Bakı. Trend:

3-11 aprel tarixlərində Rusiyanın paytaxtı Moskvada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə bildirilib ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayacaqlar. Bunlar qadınlarda Boyanka Kostova (59 kq), kişilərdə isə Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəylidir (109 kq).

Ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti