...

"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

İdman Materials 6 May 2021 01:04 (UTC +04:00)
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

Bakı. Trend:

İngiltərənin "Çelsi" futbol klubu Çempionlar Liqasının yarım finalının cavab matçında öz meydanında İspaniyanın "Real Madrid" komandasını qəbul edib.

Trend-in məlumatına görə, oyun İngiltərə təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.

Bildirilib ki, qolları Timo Verner (28-ci dəqiqə) və Meyson Maunt (85) vurublar.

Qeyd edək ki, Madriddə baş tutan ilk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. London klubu finalda digər İngiltərə komandası - "Mançester Siti" ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti