...

Mariya Stadnik “Poland Open” turnirinin qalibi olub (FOTO)

İdman Materials 10 İyun 2021 20:52 (UTC +04:00)
Mariya Stadnik “Poland Open” turnirinin qalibi olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin qalibi olub.

Trend xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Həlledici görüşdə Ukrayna idmançısı Oksana Livaçı üstələyən M.Stadnik turnirin qızıl medalına sahib olub.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti