...

"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsində

İdman Materials 23 İyun 2021 22:15 (UTC +04:00)
"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsində

Bakı. Trend:

Bu gün daha iki komanda futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gəlib.

İsveç yığması Polşa komandasını 3:2 hesabı ilə məğlub edib və xallarının sayını 7-yə çatdırıb. Bununla da E qrupunu lider kimi başa vuran İsveç millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Polşa isə bir xalla dördüncü yerdə qərarlaşıb.

E qrupunun digər görüşü Slovakiya və İspaniya arasında keçirilib. İspaniya millisi raqibinin qapısından cavabsız 5 top keçirib və xallarının sayını 5-ə çatdıraraq qrupda ikinci yerdə qərarlaşıb. Bununla da ispanlar pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti