Bakı. Trend:
Futbol üzrə Almaniya milli komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyanı 4-0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Şimali Makedoniyanın Skopye şəhərində keçirilib.
Qolları Kay Haverts (50 -ci dəqiqə), Timo Verner (70, 73), Camal Musiala (83) vurublar.
Səkkiz oyundan sonra almanlar 21 xal toplayaraq, J qrupunda birinci yeri tutaraq 2022 -ci il dünya çempionatına vəsiqə qazanan ilk Avropa komandası olublar.
Gün ərzində keçiriləcək görüşlərlərdə aşağıdakı hesablar qeydə alınıb:
E qrupu
Belarus – Çexiya - 0:2;
Estoniya – Uels - 0:1.
Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).
G qrupu
Latviya - Türkiyə - 1:1;
Niderland - Cəbəllütariq - 6:0;
Norveç – Monteneqro - 2:0.
Qrupdakı vəziyyət: Niderland - 19, Norveç - 17, Türkiyə - 13, Monteneqro - 11, Latviya - 6, Cəbəllütariq - 0.
(Hər komandanın aktivində 8 qarşılşama var).
H qrupu
Kipr – Malta - 2:2;
Sloveniya – Rusiya - 1:2;
Xorvatiya – Slovakiya - 2:2.
Qrupdakı vəziyyət: Rusiya - 19, Xorvatiya - 17, Sloveniya - 10, Slovakiya - 10, Malta - 5, Kipr - 5 (Hər komandanın aktivində 8 qarşılşama var).
J qrupu
Şimali Makedoniya – Almaniya - 0:4;
Rumıniya - Ermənistan - 1:0;
İslandiya – Lixtenşteyn - 4:0.
Qrupdakı vəziyyət: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1.
(Hər komandanın aktivində 8 qarşılşama var).