...

Suares "Atletiko"dan gedir

İdman Materials 12 Yanvar 2022 17:40 (UTC +04:00)
Suares "Atletiko"dan gedir

Bakı. Trend:

Luis Suares İspaniyanın "Atletiko" klubundan ayrılmaq istəyir.

Trend xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Uruqvaylı forvard Madrid klubu ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyəcək. 34 yaşlı futbolçu ABŞ-ın "İnter Mayami" klubunda oynamaq istəyir.

Luis Suares "Atletiko"ya 2021-ci ilin yayında keçib. Təcrübəli forvard La Liqa klubunun heyətində meydana çıxdığı 26 oyunda 9 qol və 2 asistlə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti