...

Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib

İdman 17 Yanvar 2022 22:48
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib

Trend-i buradan izləyin

Bakı. Trend:

İngiltərənin "Çelsi" klubunun və Seneqal yığmasının qapıçısı Eduard Mendi Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimi təşkilatın mənzil-qərargahında onlayn-formatda keçirilib.

Qeyd edək ki, E.Mendinin 29 yaşı var. O, ötən mövsüm İngiltərə Premyer Liqası çərçivəsində "Çelsi"nin heyətində 31 oyuna çıxıb və 25 qol buraxıb.

Çempionlar Liqasında seneqallı qapıçı 12 oyunda iştirak edib və 3 qol buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti