...

Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi

İdman 18 Yanvar 2022 17:38 (UTC +04:00)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.

Trend xəbər verir ki, bu məlumatı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.

O, MOK-un Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimində bayraqdarın adına aydınlıq gətirib. Hüseynzadə bildirib ki, Çinin paytaxtında Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.

MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinin paytaxtına 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq.

Tədbirdə yığmamızın rəsmi forması da nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti