...

İngiltərə Liqa Kubokunun ikinci finalçısı müəyyələşib

İdman 21 Yanvar 2022 02:45 (UTC +04:00)
İngiltərə Liqa Kubokunun ikinci finalçısı müəyyələşib

Bakı. Trend:

Yanvarın 20-də futbol üzrə İngiltərə kubokunun ikinci finalçısı məlum olub.

Trend xəbər verir ki, ikinci yarımfinalda "Arsenal" öz meydanında "Liverpul" komandasını qəbul edib.

Görüş "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolun müəllifi matçın 19-cu və 77-ci dəqiqələrində Dioqu Jota olub.

Bu qələbə sayəsində "Livepul" İngiltərə kubokunun finalına yüksəlib. Komandaların ilk görüşündə isə qalib müəyyənləşməmişdi (0:0).

Qeyd edək ki, finalda "Liverpul" klubu "Tottenhem"i iki oyunun nəticəsinə görə məğlub edən (2:0, 1:0) "Çelsi" komandası ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti