...

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib

İdman 23 Yanvar 2022 00:21 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib

Bakı. Trend:

"Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Sauthempton"la heç-heçə edib.

Trend-in məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qolları Kayl Uoker-Piters (7-ci dəqiqə), Emerik Lyaport (65-ci dəqiqə) vurublar.

Bələliklə, "Mançester Siti" Premyer Liqada 12 matçlıq qələbə seriyasına son qoyub. Sonuncu dəfə Xosep Qvardiolanın yetirmələri oktyabrın 30-da İngiltərə çempionatının 10-cu turunda “Kristal Pelas”la oyunda (0:2) qalib gələ bilməyiblər.

Premyer Liqanın turnir cədvəlinə 23 oyundan sonra 57 xalla “Mançester Siti” başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti