...

Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb

İdman Materials 6 Fevral 2022 21:27 (UTC +04:00)
Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb

Bakı. Trend:

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) gümüş medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz həlledici mərhələdə Murad Sanşiroya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparır.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti