...

Gimnastımız batut gimnastikası üzrə Dünya Kubokunun finalında mübarizəyə qoşulur

İdman Materials 13 Fevral 2022 08:25 (UTC +04:00)
Gimnastımız batut gimnastikası üzrə Dünya Kubokunun finalında mübarizəyə qoşulur

Bakı. Cani Babayeva - Trend:

Bu gün, fevralın 13-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının sonuncu günü keçiriləcək.

Trend-in məlumatına görə, final gününün proqramı iki mərhələdən ibarətdir: əvvəlcə kişilər arasında fərdi proqramda ikinci təsnifat mərhələsi, daha sonra isə kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə finallar keçiriləcək.

Azərbaycan gimnastı Selcan Maqsudova qadınlar arasında fərdi proqramın finalında çıxış edəcək. Xatırladaq ki, seçmə mərhələdə S.Maqsudova öz qrupunda ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti