...

Bakıda qarışıq cütlüklər arasında Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qalibləri müəyyənləşib.

İdman Materials 5 Mart 2022 18:06 (UTC +04:00)
Bakıda qarışıq cütlüklər arasında Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qalibləri müəyyənləşib.

Bakı. Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında 12-18 yaş kateqoriyasında qarışıq cütlükdə çıxış edən israilli gimnastlar Roni Ravid və Yuval Sasson birinci yeri tutublar.

Trend-in məlumatına görə, İsrailli cütlüyün nəticəsi 27.450 xal təşkil edib.

İkinci yerdə Rusiyadan olan qarışıq cütlük - Riana Latipova və Vitali Pleşkov (27,340 xal), üçüncü yerdə Qazaxıstan təmsilçiləri - Lolita və Mark Dub (26,750 xal) qərarlaşıb.

Qarışıq cütlükdə çıxış edən Azərbaycan gimnastları Milana Əliyeva və Nizam Xamidulin 26,400 xalla finalda yeddinci yeri tutublar.

Finalda gimnastlar kombinə edilmiş hərəkətləri təqdim ediblər

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti