...

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında dostluq ab-havası hökm sürür - britaniyalı gimnastlar

İdman Materials 6 Mart 2022 15:31 (UTC +04:00)
Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında dostluq ab-havası hökm sürür - britaniyalı gimnastlar

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında dostluq ab-havası hökm sürür.

Bunu Trend-ə yarışların iştirakçıları, 13-19 yaş kateqoriyasında qadın cütlüyünün tərkibində çıxış edən Böyük Britaniya təmsilçiləri Xloya Hopkins və Polli Meqqs deyiblər.

"Yarışa hazırlıq yaxşı keçdi və biz yaxşı nəticə göstərə bildik. Ümumiyyətlə, Britaniya komandası bu yarışlarda yaxşı əhval-ruhiyyədədir, hər bir iştirakçı yüksək nəticə göstərməyə çalışır. Güclü komandamız var, məşqçilər heyəti bizi dəstəkləyir və istiqamətləndirir. Düzgün icra olunmuş proqram bizi gələcəkdə daha böyük uğurlara nail olmaq üçün irəliləməyə, daha çox məşq etməyə sövq edir", - deyə idmançılar bildiriblər.

X.Hopkins və P.Meqqs vurğulayıblar ki, Bakıda yarışlar yüksək səviyyədə təşkil olunub:

"Heç bir detallara yayınmadan yarışa hazırlaşmağımız üçün burada hər cür şərait yaradılıb. Proqram aydın şəkildə tərtib edilir, tamaşalar dəqiq təyin olunmuş vaxtda keçirilir. Təşkilat möhtəşəmdir".

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti