...

Akrobatika gimnastikası üzrə dünya çempionatında qaliblərin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 12 Mart 2022 17:23 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə dünya çempionatında qaliblərin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında qadın cütlüklər arasında balans və kişi cütlüklər arasında temp hərəkətlərində qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qadın cütlüklər arasında Rita Ferreyra və Ana Teyşeyra (Portuqaliya) qızıl, Ketrin Borçerdinq və Syerra MakKaun (ABŞ) gümüş, Aleksandra Rudakova və Damira Talqat (Qazaxıstan) bürünc medalların sahibi olub.

Kişi cütlüklər arasında Brayden MakDuqall və Anxel Feliks (ABŞ) qızıl, Vadim Şulyar və Daniel Dil (Qazaxıstan) gümüş, Daniel Abbasov və Murad Rəfiyev (Azərbaycan komandası) bürünc medallara yiyələnib.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti