...

Ronaldo rəsmi oyunlarda vurulmuş qolların sayına görə dünya rekorduna imza atıb

İdman Materials 13 Mart 2022 01:07 (UTC +04:00)
Ronaldo rəsmi oyunlarda vurulmuş qolların sayına görə dünya rekorduna imza atıb

Bakı. Trend:

"Mançester Yunayted" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında vurduğu qolların sayına görə dünya rekorduna imza atıb.

Trend xəbər verir ki, İngiltərə çempionatının 29-cu turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Tottenhem" matçında Ronaldo het-trik edib. Bu qollar futbolçunun peşəkar karyerası ərzində rəsmi görüşlərdə vurduğu 805, 806 və 807-ci qollar olub. Oyun 3:2 hesabı ilə "Mançester Yunayted"in xeyrinə başa çatıb.

Belə ki, Ronaldo 805 qol vuran avstriyalı-çexiyalı hücumçu Yozef Bitsanın rekordunu yeniləyib. Bunu FİFA məlumatları da daxil olmaqla, rəsmi statistik mənbələr göstərir.

37 yaşlı Ronaldo müvafiq olaraq “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”la dəfələrlə İngiltərə, İspaniya və İtaliya çempionu olub. Portuqaliya millisi ilə Avropa Çempionatının və UEFA Millətlər Liqasının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti