...

İtaliya A Seriyası: "Roma" səfərdə "Latsio"nu məğlub edib

İdman Materials 20 Mart 2022 23:33 (UTC +04:00)
İtaliya A Seriyası: "Roma" səfərdə "Latsio"nu məğlub edib

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 30-cu turunda “Roma” klubu səfərdə “Latsio”ya 3:0 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları İngiltərə yığmasının hücumçusu Tammi Abraham (1-ci, 22-ci dəqiqə) və Lorenzo Pelleqrini (40) vurub.

T.Abrahamın 56-cı saniyədə vurduğu qol Roma derbisi tarixinin ən təz vurulan qolu olub.

“Roma” “Latsio” üzərində qələbə sayəsində turnir cədvəlində onu keçərək 51 xalla 5-ci pillədə qərarlaşıb. “Latsio” 49 xalla altıncı yerə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti