...

FIG Dünya Kuboku: Braziliya təmsilçisi sərbəst hərəkətlərdə qızıl medal qazanıb

İdman Materials 3 Aprel 2022 14:23 (UTC +04:00)
FIG Dünya Kuboku: Braziliya təmsilçisi sərbəst hərəkətlərdə qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya təmsilçisi Culiya Suares 13.433 xalla Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun sərbəst hərəkətləri üzrə proqramda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, gümüş medalı hakimlərdən 13,166 xal alan Dorina Bötsögö (Macarıstan), bürünc medalı isə Dildora Aripova (Özbəkistan) qazanıb, onun nəticəsi 12,866 xal olub.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti