...

Çoxlu titullar qazanan gimnastların çıxışlarına baxmaqdan zövq aldım - tamaşaçı

İdman Materials 3 Aprel 2022 18:15 (UTC +04:00)
Çoxlu titullar qazanan gimnastların çıxışlarına baxmaqdan zövq aldım - tamaşaçı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çoxlu titullar qazanan gimnastların çıxışlarına baxmaqdan zövq aldım.

Bu barədə Trend-ə Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunu izləyən tamaşaçısı Arzu Rüstəmova deyib.

"Milli Gimnastika Arenasına gəldim, çünki mən özüm idmanı həqiqətən sevirəm və idmanla maraqlanıram, ancaq onun digər növləri - voleybol, basketbol ilə. Bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları titullu idmançılardır. Bunlar arasında Olimpiada, dünya və Avropa çempionatlarının qalibləri var, və onların çıxışlarını izləmək çox maraqlıdır", - deyə tamaşaçı qeyd edib.

Tamaşaçı Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini və burada hökm sürən ab-havadan məmnun qaldığını vurğulayıb:

"Zaldakı ab-hava inanılmazdır, mən onu izləməkdən zövq aldım. Düşünürəm ki, növbəti yarışlarda bura gələcəm", - deyə o əlavə edib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti