...

De Byazi qayıtdıqdan sonra ona müəyyən suallarımız olacaq - Vaqif Sadıqov

İdman Materials 7 Aprel 2022 15:16 (UTC +04:00)
De Byazi qayıtdıqdan sonra ona müəyyən suallarımız olacaq - Vaqif Sadıqov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

De Byazinin futbol millimiz haqqında dediyi sözləri həqiqətdirsə, buna görə cavabdehlik daşımalıdır.

Bunu Trend-ə AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

"Baxmayaraq, De Byazi bildirir ki, mən belə sözlər deməmişəm, tərcümədə səhv olub. Bu səbəbdən də araşdırmaya ehtiyac var. Həqiqəti yalnız onun özü qayıtdıqdan sonra öz dilindən eşitmək daha doğru olardı. O, Azərbaycana qayıtdıqdan sonra ona müəyyən suallarımız olacaq.

Hazırda De Byazi millimizin Malta ilə oyunundan sonra öz ölkəsinə gedib. Ölkəmizdə çempionat gedir, belə bir vaxtda millinin məşqçisi mütləq oyunlarda iştirak eləməlidir", - deyə V.Sadıqov bildirib.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib. İtalyan mütəxəssis yığmanın yoldaşlıq oyunlarında Latviya və Maltaya uduzmasından söz açıb.

"Mənim komandamda bir şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən vaxta qədər çalışacam. Burada başqa problem də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan. Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir komandaya verə bilmirəm", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti