...

"Liverpul" Yurgen Kloppla müqaviləni uzadıb

İdman Materials 29 Aprel 2022 03:21 (UTC +04:00)
"Liverpul" Yurgen Kloppla müqaviləni uzadıb

Bakı. Trend:

İngiltərənin “Liverpul” klubu Almaniyalı baş məşqçisi Yurgen Kloppla müqaviləni uzadıb.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Baş məşqçi ilə əvvəlki müqavilə 2024-cü ildə başa çatırdı. Kloppla yeni müqavilənin təfərrüatları açıqlanmır.

Xatırladaq ki, aprelin 27-də "Liverpul" Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda doğça divarlar arasında "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub edib. Cavab görüşü mayın 3-də İspaniyada baş tutacaq.

İngiltərə Premyer Liqasının (APL) 33-cü turundan sonra "Liverpul" 79 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Mersisaydlılar “Mançester Siti”dən 1 xal geri qalırlar.

Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir. Hazırki postuna o klubuna Premyer Liqada və Çempionlar Liqasında çempionluq sevinci yaşadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti