...

“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub (FOTO/VİDEO)

İdman Materials 13 May 2022 14:10 (UTC +04:00)
“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub (FOTO/VİDEO)

Bakı. Trend:

Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Atçılıq Federasiyasından Trend-ə verilən xəbərə görə, Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” ta¬ma-şasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nə-zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal¬larında və internet platformalarında canlı ola-raq təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti