...

Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyinin qalibləri müəyyənləşib

İdman Materials 1 İyun 2022 17:07 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyinin ilk günündə 2016, 2015, 2014 və 2013-cü il təvəllüdlü gimnastlar arasında qalib və mükafatçılar müəyyən edilib.

Trend-in məlumatına görə, idmançılar alətsiz hərəkətləri nümayiş etdirib.

2016-cı il təvəllüdlü, Bakı klublarını təmsil edən və B qrupunda çıxış edən gimnastlar arasında Dilək Əlisoy (Ocaq Sport) birinci, Sevinc Hüseynova (Şağan Olimpiya İdman Kompleksi) ikinci, Binnur Rəsulova (Bakı Gimnastika Məktəbi) üçüncü olub. A qrupunda çıxış edən idmançılar arasında Məryəm Quliyeva birinci, Sara Cəlilli ikinci, Nilay Quliyeva üçüncü yeri tutub. Hər üç idmançı "Ocaq Sport" klubunu təmsil edir.

2016-cı il təvəllüdlü, bölgələri təmsil edən və B qrupunda çıxış edən gimnastlar arasında Nazlı Məmmədzadə (Gəncə) birinci, Olqa Sulxayeva (Zaqatala) ikinci, Məryəm Əhmədova (Mingəçevir) üçüncü olub. A qrupunda çıxış edən idmançılar arasında Nazlı Məmmədzadə (Zaqatala) birinci, Damla Əsgərli (Qax) ikinci, Xədicə Əminova (Qax) üçüncü yeri tutub.

2015-ci il təvəllüdlü, Bakı klublarını təmsil edən və B qrupunda çıxış edən gimnastlar arasında İzabella Məhərrəmzadə (Ocaq Sport) birinci, Emiliya Bəxtiyarlı (Su İdmanı Mərkəzi) ikinci, Gülçin Aslanova (Ocaq Sport) üçüncü olub.

2015-ci il təvəllüdlü, bölgələri təmsil edən və B qrupunda çıxış edən gimnastlar arasında Leyla Həsrətova (Zaqatala) birinci, Ayçin Məmmədli (Mingəçevir) ikinci, Xanım Həsənli (Şirvan) üçüncü olub.

2014-cü il təvəllüdlü, Bakı klublarını təmsil edən və D qrupunda çıxış edən gimnastlar arasında Suada İskakova birinci, Nuray Məmmədova ikinci, İnara Abıyeva üçüncü olub. Hər üç idmançı "Ocaq Sport" klubunu təmsil edir. C qrupunda çıxış edən idmançılar arasında Gülər Əsədova (Ocaq Sport) birinci, Yasmin Abdullayeva (Zirə Mərkəzi) ikinci, Dilarə Kərimova (Ocaq Sport) üçüncü yeri tutub.

2014-cü il təvəllüdlü, bölgələri təmsil edən və D qrupunda çıxış edən gimnastlar arasında Zeynəb Oruczadə (Kürdəmir) birinci, Aylin Novruzova (Gəncə) ikinci, Firuzə Məmmədova (Kürdəmir) üçüncü olub. C qrupunda çıxış edən idmançılar arasında Zara Sulxayeva (Zaqatala) birinci, Arzu Azanmədli (Ağdaş) ikinci, Səma Məmmədli (Şirvan) üçüncü yeri tutub.

2013-cü il təvəllüdlü, Bakı klublarını təmsil edən və D qrupunda çıxış edən gimnastlar arasında Leyla Şirin Həsənova (Bakı Gimnastika Məktəbi) birinci, Fərəh Kərimli (Zirə Mərkəzi) ikinci, Xədicə Eynullayeva (Ocaq Sport) üçüncü olub.

2013-cü il təvəllüdlü, bölgələri təmsil edən və D qrupunda çıxış edən gimnastlar arasında Ülkər Həziyeva (Mingəçevir) birinci, Sədəf Məmmədova (Zaqatala) ikinci, Fidan Hacıyeva (Mingəçevir) üçüncü olub. B qrupunda çıxış edən idmançılar arasında Hüsniyyə Əlizadə birinci, Zəhranur Ağazadə ikinci, Fatimə Əliyeva üçüncü yeri tutub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti