...

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionu olub

İdman Materials 11 İyun 2022 23:18 (UTC +04:00)
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionu olub

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının qalibi olub.

Trend xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışın həlledici qarşılaşmasında Rumıniya komandasını 1-0 hesabı ilə üstələyən millimiz Avropa çempionu adını qazanıb.

Görüşdə yeganə qolu oyunun 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti