...

Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda (FOTO/VİDEO)

İdman Materials 15 İyun 2022 19:03 (UTC +04:00)
Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda (FOTO/VİDEO)

Bakı. Trend:

Avropa çempionatı zamanı minifutbol üzrə milli komandamızın qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində nümayiş olunub.

Trend-in məlumatına görə, saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib. Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanacaq.

Bu gün saat 19:00-da Ağ Şəhər Bulvarında konsert proqramı da təşkil olunacaq. Şəhər turundan görüntülər təqdim olunur:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti