...

Minifutbol üzrə komandamız Avropa çempionatında peşəkarlığını nümayiş etdirdi - Orxan Məmmədov

İdman Materials 16 İyun 2022 00:51 (UTC +04:00)
Minifutbol üzrə komandamız Avropa çempionatında peşəkarlığını nümayiş etdirdi - Orxan Məmmədov
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan yığması Avropa çempionatında peşəkarlığını nümayiş etdirib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə “Zirə” futbol klubunun fəxri prezidenti, Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədov deyib.

"Azərbaycan komandası üçün ilkin olaraq Avropa çempionatında iştirak və təcrübə toplamaq vacib idi. Lakin komanda hər oyunda öz səviyyəsini yüksəldir, uğura doğru gedirdi, bu da idmançıların özünə inamını artırıb", - deyə O.Məmmədov deyib.

O.Məmmədovun sözlərinə görə, bu idman növü üzrə infrastruktur elə qurulacaq ki, Azərbaycanda minifutbol daha da inkişaf etsin.

Orxan Məmmədov onu da qeyd edib ki, minifutbol üzrə növbəti Avropa çempionatının keçiriləcəyi yer artıq müəyyənləşib, lakin Federasiya gələcəkdə Avropa çempionatı və dünya çempionatının Bakıda keçirilməsinin mümkünlüyü ilə bağlı danışıqlar aparacaq.

Xatırladaq ki, minifutbol üzrə milli komandamız tarixində ilk dəfə Avropa çempionatının qalibi olub. Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici görüşdə Azərbaycan yığması Rumıniya yığmasını 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bu gün Bakı Bulvarında minifutbol üzrə Azərbaycan yığmasının Avropa çempionatında qələbəsi münasibətilə konsert təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti