akı. Trend:
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Avstriya Qran Prisinin təsnifatının qalibi olub.
Trend-in məlumatına görə, təsnifatı ikinci pillədə "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler, üçüncü pillədə isə onun komanda yoldaşı ispaniyalı Karlos Sayns başa vurublar.
Qeyd edək ki, Formula-1 üzrə Avstriya Qran Prisinin əsas yarışı iyulun 10-u keçiriləcək.