Bakı. Trend:
Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə final görüşünə çıxıb.
Trend-in məlumatına görə, 81 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib fransalı Alfa Umar Calo olub.
Rəqibinə uduzan Mollayi gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran-Pridə 14 cüdoçu ilə təmsil olunur.