Bakı. Trend:
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Trend xəbər verir ki, Slovakiya çempionu “Slovan”ı (Bratislava) mübarizədən kənarlaşdıran Macarıstanın “Ferentsvaroş” klubu Ağdam təmsilçisinə rəqib olub.
İlk oyunda doğma meydanda "Slovan"a 1:2 hesabı ilə məğlub olan “Ferentsvaroş” səfər matçında rəqibinə 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.