...

Daha üç güləşçimiz İslamiadanın finalında (ƏLAVƏ OLUNUB)

İdman Materials 13 Avqust 2022 15:28 (UTC +04:00)
Daha üç güləşçimiz İslamiadanın finalında (ƏLAVƏ OLUNUB)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycanın yunan-Roma güləşçiləri Sənan Süleymanov, Həsrət Cəfərov və Murad Məmmədov V İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.

Trend-in məlumatına görə, S.Süleymanov Tunis idmançısı Lamced Maafi üzərində 4:3 hesabı ilə qalib gəlib.

M.Məmmədov türkiyəli güləşçi Ayxan Karakuşu 10:7, H.Cəfərov isə Türkmənistan idmançısı Beqmurat Nobatovu 9:1 hesabı ilə məğlub edib.

Azərbaycan güləşçiləri Məhəmməd Əhmədiyev, Sabah Şəriəti və Jalya Əliyeva yarımfinala yüksəliblər.

xxx

14:52

Azərbaycanın yunan-Roma güləşçiləri Həsrət Cəfərov və Sənan Süleymanov V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər.

Trend-in məlumatına görə, H.Cəfərov iranlı idmançı Cavad Rezaiyə 10:3 hesabı ilə qalib gəlib.

S.Süleymanov isə iranlı güləşçi Amin Kaviyaninenajad ilə qarşılaşmada 4:0 hesabı ilə qələbə çalıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Müsabiqə avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti