Bakı. Trend:
İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində "Liverpul" öz meydanında "Bornmut" klubunu qəbul edib.
Trend xəbər verir ki, "Enfild" stadionunda keçirilən qarşılaşma meydan sahibi komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 9:0.
Oyunda qolları Luis Dias (3 və 85-ci dəqiqələr), Harvi Elliot (6), Trend Aleksandr-Arnold (28), Roberto Firmino (31, 63), Vircil van Deyk (45), Fabio Karvalyo (81), oyunun 46-cı dəqiqəsində qonaqların müdafiəçisi Kris Mefam topu öz qapısına göndərib.
"Liverpul" turnir tarixindəki ən böyük qələbələrdən birini qazanmaqla İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb. “Mançester Yunayted” 1995-ci ildə “İpsviçi”, 2021-ci ildə “Sauthempton”u, 2019-cu ildə isə “Lester” “Sauthempton”u bu hesabla məğlub edib.