...

"PSJ" Fransa çempionatında "Monako" ilə heç-heçə edib

İdman Materials 29 Avqust 2022 02:58 (UTC +04:00)
"PSJ" Fransa çempionatında "Monako" ilə heç-heçə edib

Bakı. Trend:

Fransa çempionatının dördüncü turunda “Monako” futbol klubu “Pari Sen-Jermen” komandası ilə heç-heçə oynayıb.

Trend-in məlumatına görə, Parisdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı Kevin Folland açıb. Lakin 70-ci dəqiqədə "PSJ"nin yarımmüdafiəçisi Neymar penalti zərbəsini yerinə yetirərək hesabı bərabərləşdirib.

Növbəti turda avqustun 31-də "PSJ" səfərdə "Tuluza" ilə qarşılaşacaq. Həmin gün “Monako” “Trua”nı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti