...

"Liverpul" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

İdman Materials 27 Oktyabr 2022 02:06 (UTC +04:00)
"Liverpul" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Bakı. Trend:

İngiltərənin “Liverpul” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin başa çatmasına bir tur qalmış turnirin 1/8 finalına vəsiqəni təmin edib.

Trend-in məlumatına görə, 5-ci turda səfərdə "Liverpul" Niderlandın "Ayaks" klubuna böyük hesabla qalib gəlib - 3:0. Qolları Mohamed Salah (42'), Darvin Nunes (49'), Harvi Elliot (52') vurub.

A qrupunun digər oyununda artıq pley-offa vəsiqəni təmin etən İtaliyanın "Napoli" klubu öz meydanında Şotlandiyanın "Reyncers" komandasını analoji hesabla məğlub edib. Covanni Simeone (11, 16), Leo Estiqor (80) fərqləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti