...

İngiltərə Premyer Liqası: "Arsenal"dan darmadağın, "Mançester Yunayted" minimal hesablı qələbə qazanıb

İdman Materials 30 Oktyabr 2022 23:22 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Arsenal"dan darmadağın, "Mançester Yunayted" minimal hesablı qələbə qazanıb

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının 14-cü turunun daha iki oyunu keçirilib.

Trend xəbər verir ki, London təmsilçisi "Arsenal" klubu öz meydanın "Nottingem Forest" klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Martinelli (5-ci dəqiqə), R.Nelson (49 və 52), T.Parti (57) və M.Edeqor (78) vurublar.

Günün digər oyununda "Mançester Yunayted" öz meydanında "Vest Hem"i qəbul edib. Oyun meydan sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 38-ci dəqiqədə Markus Reşford vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti