...

Gimnastlarımızla fəxr edirik - "Ocaq Sport" klubunun məşqçisi

İdman Materials 23 Noyabr 2022 13:31 (UTC +04:00)
Gimnastlarımızla fəxr edirik - "Ocaq Sport" klubunun məşqçisi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Gənc azərbaycanlı gimnastlar, "Ocaq Sport" klubunun yetirmələri noyabrın 19-20-də Gürcüstanda keçirilmiş "II New Look Cup" beynəlxalq turnirində uğurla çıxış ediblər.

"Ocaq Sport" klubunun bədii gimnastika üzrə məşqçisi Simarə Cəfərova bu gün Trend-ə bildirib ki, yarışlarda klubun 14 idmançısı çıxış edib.

"Gürcüstandakı beynəlxalq turnirə hazırlıq yaxşı keçdi və məhsuldar nəticələr əldə olundu. Biz gimnastlarımızla fəxr edirik və onların yüksək nəticələr əldə etməsindən çox məmnunuq. Tbilisidə “Ocaq Sport” klubunun yetirmələri 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar. Üç idmançımız fəxri kürsünün ən yüksək pilləsinə üç dəfə qalxıb. Turnirə hazırlıq zamanı yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Gimnastika Federasiyasına və “Ocaq Sport” klubuna minnətdarlığımızı bildiririk" - deyə o bildirib.

Məşqçi vurğulayıb ki, yetirmələrindən 1-ci "Ocaq" beynəlxalq kubokunda da yüksək nəticələr gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti