...

"Yuventus"un rəhbərliyi tam tərkibdə istefa verib

İdman Materials 29 Noyabr 2022 03:08 (UTC +04:00)
"Yuventus"un rəhbərliyi tam tərkibdə istefa verib

Bakı. Trend:

İtaliyanın Turin şəhərinin "Yuventus" klubunun rəhbərliyi tam tərkibdə istefa vermək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

Məlumata əsasən, bu qərar kollegiyanın növbədənkənar iclasında qəbul edilib. Öz vəzifələrini klubun prezident Andrea Anelli, vitse-prezidenti Pavel Nedved, baş icraçı direktoru Mauritsio Arrivabene və idarə heyətinin daha 7 üzvü tərk ediblər.

Bu qərarın verilməsinə səbəb kimi isə büdcənin təsdiqi ilə bağlı hesabat pozuntuları və bundan irəli gələn problemlərin araşdırılması göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti