...

DÇ-2022: Fransa millisi Polşa komandasına qalib gələrək 1/4 finala yüksəlib (VİDEO)

İdman Materials 4 Dekabr 2022 20:56 (UTC +04:00)
DÇ-2022: Fransa millisi Polşa komandasına qalib gələrək 1/4 finala yüksəlib (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində növbəti oyun baş tutub.

Trend xəbər verir ki, Fransa və Polşa yığmalarının qarşılaşdığı matçda fransalılar 3:1 hesablı qələbə qazanıblar.

Fransanın heyətində qolları Olivye Jiru (44-cü dəqiqə) və Kilian Mbappe (74 və 90+1-ci dəqiqələr), Polşanın yeganə qolunu isə 90+9-cu dəqiqədə Levandovski vurub.

Beləliklə, Fransa millisi bu qələbə sayəsində 1/4 final mərhələsinə yüksəlib. Fransanın 1/4 final mərhələsindəki rəqibi bu gün saat 23:00-da baş tutacaq İngiltərə-Seneqal matçından sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti