Bakı. Trend:
Kadi Borqes "Qarabağ"ı tərk edib.
Trend xəbər verir ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Keçidin detalları açıqlanmayıb.
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.