...

Messi dünya çempionatından sonra PSJ-nin heyətində ilk matçda qol vurub

İdman Materials 12 Yanvar 2023 05:34 (UTC +04:00)
Messi dünya çempionatından sonra PSJ-nin heyətində ilk matçda qol vurub

Bakı. Trend:

“Pari Sen-Jermen” futbol klubu yanvarın 12-nə keçən gecə Fransa çempionatında “Anje” komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, görüş Kristof Qaltyenin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 5-ci dəqiqəsində hücumçu Uqo Ekitike hesabı açıb. İkinci hissənin ortalarında Fransanın hazırkı çempionu üstünlüyü artırıb. Qolu Lionel Messi vurub.

Qeyd edək ki, argentinalı futbolçu üçün bu qarşılaşma dünya çempionatından sonra komandanın heyətində ilk matç olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti